Bakının bir hissəsində qaz olmayacaq.
"Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a verilən məlumata görə, bu gün saat 10:00-dan işlər yekunlaşanadək Bakı şəhərinin Xətai rayonu, Gəncə, Babək prospektləri, Kombinat, Şirvani, X.Məmmədov, kənd Əhmədli, İnqilab İsmayılov və Mehmandarov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Qaz verilişində fasilə Xətai rayonu, N.Tusi küçəsi, 2942B saylı ünvanda yerləşən "AKFA-Tikinti" MTK-ya məxsus 210 mənzilli yaşayış binasına yeni çəkilmiş orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədardır.
Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.
"Azəriqaz" İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.