Qadin.NET / DİM-dən imtahan qaydalarına dəyişikliklərlə bağlı AÇIQLAMA

DİM-dən imtahan qaydalarına dəyişikliklərlə bağlı AÇIQLAMA

DİM-dən imtahan qaydalarına dəyişikliklərlə bağlı AÇIQLAMA


Dövlət İmtahan Mərkəzi (DİM) ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarına, eyni zamanda, orta ümumtəhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (buraxılış imtahanları) qaydalarına 2 ildən sonra nəzərdə tutulan dəyişikliklərin səbəblərini açıqlayıb.

DİM-dən Milli.Az-a bildirib ki, növbəti il üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və buraxılış imtahanları qaydalarında hər hansı dəyişiklik gözlənilmir. Yəni bir ildən sonra abituriyentlər hazırda qüvvədə olan qaydalar əsasında imtahan verəcəklər.

Amma iki ildən sonra həm ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarına, həm də buraxılış imtahanları qaydalarında müəyyən dəyişiklərin edilməsi nəzərdə tutulur.

Qeyd olunub ki, bu dəyişikliklərin iki ildən sonra tətbiq edilməsi planlaşdırılır: "Ona görə ki, 2008-ci ildə 1-ci sinfə gedən şagirdlər 2 ildən sonra məzun olurlar. Həmin şagirdlər yeni təhsil proqramları, yeni standartlar, kurikulum əsasında təhsil almış uşaqlardır. Yəni imtahan qaydalarında dəyişikliklərin edilməsinə zərurət ondan doğur ki, 2 ildən sonra həmin şagirdlər məzun olurlar və yeni təhsil proqramları əsasında təhsilalanların biliyinin qiymətləndirilməsi mexanizmlərində də müəyyən dəyişikliklərin olması təbiidir".

Bildirilib ki, imtahanların hansı modelə əsasən həyata keçirilməsi Təhsil Nazirliyi ilə birgə işçi qrupu səviyyəsində ekspert və mütəxəssislərin iştirakı ilə müzakirə olunur. Mütəxəssislər bu məsələ üzərində işləyirlər. Onlar işi yekunlaşdırıb müəyyən bir imtahan modeli hazırladıqdan sonra bununla bağlı ictimaiyyətə məlumat veriləcək.

24 avqust 2017
GO BACK