Qadin.NET / "Supermen" 0,05 saniyəyə klinik diaqnoz qoymaq qabiliyyətinə malikdir

"Supermen" 0,05 saniyəyə klinik diaqnoz qoymaq qabiliyyətinə malikdir

"Supermen" 0,05 saniyəyə klinik diaqnoz qoymaq qabiliyyətinə malikdir


Çində süni intellekt əsasında hazırlanmış köməkçi sistem 0,05 saniyə ərzində klinik diaqnoz qoymaq qabiliyyətinə malikdir. Köməkçi sistem tərəfindən qoyulmuş diaqnoz həkimlərin tibbi rəylərinə 98 faiz uyğun gəlir. Xəstəliklərin müəyyənləşdirilməsi üzrə süni intellektin imkanları Cənubi Çin Universitetində təqdim edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "supermen" adlanan diaqnostika sistemi böyük məlumatlar, super hesablama və süni intellekt texnologiyalarına əsaslanır. Sistem pasiyentin simptomlarını təhlil edərək avtomatik şəkildə tibbi rəy tərtib edir, bundan sonra optimal müalicə üsulu təklif edir. Həkim yalnız kompüter tərəfindən qoyulmuş diaqnozu təsdiq etməlidir.

Sistem tərtibatçılarının sözlərinə görə, sistemin işi on milyonlarla xəstəliklərin tarixçəsinin məlumatlarına əsaslanır, artıq 30-dan çox xəstəliyin diaqnoz modeli yaradılıb. Bütün "bulud" hesablamaları "Tyanhe" super hesablama sistemində aparılır. Böyük xəstəxanalarda keçirilmiş sınaqların nəticələrinə əsasən, sistem tərəfindən qoyulmuş diaqnozların dəqiqliyi ənənəvi diaqnozla müqayisədə 20 faiz yüksəkdir.

23 avqust 2017
GO BACK