Külli miqdarda pul verib ev aldı, sonradan məlum oldu ki, ev başqa şəxsə də satılıb.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Cəlilabad sakini Rəsul Əliyev 2012-ci ildə Paytaxtın Yasamal rayonunda yenicə tikilməkdə olan binalardan birindən 3 otaqlı mənzil alıb. Dəyəri 72 min 500 manat olan mənzilin pulun da 3 gün ərzində tam ödəyib. Bu baradə tikintini aparan " Ulduz " MMC-dən vətəndaşa müvafiq ödəmə qəbzi verilib.
Lakin bir neçə ay sonra Rəsul Əliyev mənzilini təmir etmək istədikdə məlum olub ki, ev başqa şəxsə də satılıb.
Daha sonra Rəsul Əliyev tikintini aparan şirkət rəhbərliyi ilə görüşmək istədikdə ona məlumat verilib ki, "Ulduz" MMC şirkəti fəaliyyətini dayandırıb. Onun bütün işlərini isə yeni şirkət iqurublar. Həmin şirkətə də müraciət edən Rəsul Əliyevə bildirilib ki, ona verilən sənədlər saxtadır.
Rəsul Əliyev pulu ödədiyi və ona verilən saxta sənədlərdə imzası olan Elçin Babayev adlı iş icraçısını isə indiyə kimi tapa bilməyib. Vətəndaş məhkəməyə də müraciət etməyib və hələ də dəymiş maddi ziyanın ödəniləcəyini gözləyir. hüquqşünaslar isə bildirilər ki həmin şirkət ləğv olunsa belə vətəndaşa dəymiş zərər ödənilməlidir. bunun üçün isə şirkətin sahibi yaxud təsisçiləri məsuliyyət daşıyır. digər tərəfdən hadisə ətraflı araşdırılmalıdır. bir evin iki nəfərə satılması, habelə vətəndaşa saxta qəbzin təqdim edilməsi kimi hallar isə artıq cinayət məsuliyyəti yaradır.