Qadin.NET / Apteklər eyni dərmanı niyə müxtəlif qiymətə satır?

Apteklər eyni dərmanı niyə müxtəlif qiymətə satır?

Apteklər eyni dərmanı niyə müxtəlif qiymətə satır?


Dərmanın dövlət tərəfindən tənzimlənən qiyməti başqadır, ancaq aptekin satdığı qiymət tam başqa. Özü də belə hallara daha çox xəstənalara ən yaxın olan apteklərdə rast gəlinir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, təkcə bir dərmanın- Immonqlobulin antistafilakokun qiymətini adi müştəri kimi bir neçə aptekdən soruşduq. Tarif Şurasının qərarına əsasən pərakəndə satış qiyməti 32 manat 6 qəpik müəyyən edilən dərmanın apteklərdə adətən 33 manat 95 qəpiyə satıldığını gördük. Ancaq müştəri kimi Yasamal Rayonunda Bəsti Bağırov küçəsində yerləşən bu aptekə daxil olduqda dərmanın 53 manat 40 qəpiyə satıldığını dedilər. İkinci dəfə aptekə daxil olaraq qiymətin təyin olunandan 20 manat daha baha olmasının səbəbini soruşduq
Dərmanın dövlət qoyan qiymətdən 20 manat baha satılmasından əlavə daha maraqlı bir məqam isə bundan ibarətdir ki, həmin aptek Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstutunun düz qabağında yerləşir. Vətəndaşlar da xəstəxanaların düz qabagındakı apteklərin dərmanları daha baha qiymətə satdıqlarını deyirlər.
Hüquqşünas Xəyal Bəşirov bildirir ki, aptek sahibi tərəfindən atılan bu addım inzibati qaydada məsuliyyət yaradır və bunu edən vəzifəli şəxslər 1000-1500, hüquqi şəxslər isə 3000-5000 arasında cərimə oluna bilərlər.
Qiymətləri tənzimlənməyən dərmanların satışında isə belə hallara daha çox rast gəlinir. Doğrudur bu hər hansı bir hüquqi məsuliyyət yaratmır. Amma hüququ normalara sığsa da əxlaqi və mənvi normalara sığmır. Çünki söhbət xəstələrin əlacsız qalıb dərmandan gedir. Hər hansı bir başqa məhsuldan yox.

20 avqust 2017
GO BACK