Qadına münasibət və dəyər xüsusi intellekt tələb edir ki, intellektin zirvəsini haqlayan ayrı-ayrı zamanın dahiləri də buna qismən də olsa cəhd ediblər.
Qadin.Net Milli.Az-a istinadən həmin dahilərdən bəzilərinin qadın haqqındakı aforizmlərini təqdim edir:
Qadın və sirr
Ziqmund Freyd (psixoanalitik) - "Qadın psixologiyasını otuz ildir araşdırmama baxmayaraq, böyük suala cavab tapa bilmədim. Əslində qadınlar nə istəyir".
Evripid (antik yunan filosofu): - "Qadının pisi qədər pis, yaxşısı qədər də yaxşı bir varlıq yoxdur".
Talleyrand (fransız yazar): - "Qadınlar, fürsətdən tez faydalanmağa qalxan kişisini bağışlayarlar, amma fürsəti qaçıranı bağışlamazlar".
Tofiq Fikrət (türk şairi): - "Qadın dəniz kimidir, heç güvənilməz".
Viktor Hüqo (fransız yazıçısı): - "Qadınların saxlaya bildikləri tək sirr, bilmədikləri sirrdir".
Lev Tolstoy (rus yazıçısı): - "Qadın elə bir mövzudur ki, onu nə qədər araşdırsan araşdır hər vaxt yenidir".
Qadın və gözəllik
Prosper Merime (fransız yazıçı): - "Gözəllik təbiətin qadınlara ilk verdiyi və ilk geri aldığı hədiyyədir".
Rokfellər: (amerikan milyarder): - "Dəyəri, gözəlliyindən uzun sürən çox az qadın vardır".
Napolyon: - "Gözəl bir qadın gözə, yaxşı bir qadın ürəyə xitab edər. Birincisi brilant, ikincisi xəzinədir".
Oskar Uayld (ingilis yazıçı): - "Yaxşı bir qadın bir kişiyə təsir edər, ağıllı bir qadın onda maraq oyandırar, gözəl bir qadın ovsunlayar, anlayışlı bir qadın isə ona sahib olar".
Sokrat (qədim yunan filosofu): - "Arvadı gözəl olan adam xoşbəxt olar. Gözəl olmayan isə filosof".
Jules Renard (fransız yazıçı): - "Bir qadına gözəl olduğunu söyləməyin; ona başqa bir qadının onun kimi olamadığını söyləyin və görəcəksiniz ki, bütün qapılar sizə açılacaq".
Qadın və sevgi
Alexandr Duma (fransız yazıçı) - "Qadınların sevmədikləri adama heç yazığı gəlməz".
Oskar Uayld: - "İyirmi illik bir eşq macərası bir qadını xarabaya çevirir, amma iyirmi illik bir evlilik onu bir ictimai bina kimi edər".
Bayron (ingilis dramaturq): - "Sevilən qadın üçün ölmək, onunla birlikdə yaşamaqdan daha asandır".
Sirus Pubillus (yunan filosofu) - "Bir qadın ya sevər, ya da nifrət deyər; ortası yoxdur".
Fransua Laroşfuko (fransız yazıçısı) -"Qadın ilk dəfə sevəndə ancaq sevgilisini, daha sonra isə sevgisini sevir".
Aleksandr Fyurstrenberq (amerikan iş adamı) -"Qadınlar yaradılmayıb ki, onları başa düşsünlər, onlar yaradılıb ki, onları sevsinlər".
Qadın və müvəfəqiyyət
Rudyard Kipling (ingilis yazıçı) - "Qadının təxmin etdiyi şey, kişinin əmin olduğu şeydən daha doğrudur".
Jim Backus (amerikan aktyor) - "Bir çox kişi müvəffəqiyyətini ilk xanımına borcludur. İkinci xanımını da müvəffəqiyyətinə".
Diana Meriçayld (amerikalı qadın hüquqçusu) - "Qadın tam bir dairədir. İçində yaratma, bəsləmə və döndərmə gücləri vardır".
Helen Lawrenson (psixoloq) - "Əgər bir qadın yetərincə hirsli, qərarlı və bacarıqlıdırsa, edə bilməyəcəyi heç bir şey yoxdur".
Deyl Kornegi (psixoloq) - "Bir qadının üzündəki ifadə, üzərindəki geyimdən daha çox uğur qazandırar".