Qadin.NET / Çox yaşamaq istəyənlər bu xəbəri oxusunlar

Çox yaşamaq istəyənlər bu xəbəri oxusunlar

Çox yaşamaq istəyənlər bu xəbəri oxusunlar


Ohayo Universiteti (ABŞ) alimləri araşdırmalar zamanı aşkar ediblər ki, qidalanma rasionunun 20% azalması vaxtından əvvəl ölümünün riskini xeyli azaltmağa imkan verir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bunun üçün alimlər gün ərzində 1 porsiya əti 1 ovuc qoz-fındıqla əvəz etməyi tövsiyə edirlər. Alimlərin fikrinə görə, yalnız bu sadə qaydaya əməl etməklə insan həyatını 8-17% uzada bilir.

The Daily Mail xəbər verir ki,  alimlər qidalanmada xroniki xəstəliklərin riskini azaldan məhsulların miqdarını artmağı tövsiyə edirlər. Bu məhsullar arasında: meyvə, tərəvəz, balıq, zeytun yağı, süd məhsullarıdır.

Alimlər 70 mindən artıq insanların qidalanmasını analiz etdikdən sonra belə qərara gəliblər ki, rasionu 20% azaltmaq və qidalanmaya yuxarıda sadaladığımız məhsulları əlavə etməklə insanlar həyatını xeyli uzada bilər.

20 avqust 2017
GO BACK