Qadin.NET / Telefonun işığı qısa boylu olmağınıza səbəb ola bilər

Telefonun işığı qısa boylu olmağınıza səbəb ola bilər

Telefonun işığı qısa boylu olmağınıza səbəb ola bilər


Uşaqların cib telefonu işığı ilə yatması təhlükəlidir.

Çox işıqda qalmaq yetkinlik dövründə boyun qısa qalmasına, beyninin daha az inkişafına səbəb ola bilər.
 
Yuxu insanın təməl ehtiyaclarından biridir və inkişaf edən texnologiya ilə insanların yuxu problemləri artır.
 
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, cib telefonlarının insan inkişafına zərər verdiyini iddia edən mütəxəssislər, yaxşı bir gecə yuxusunun insan inkişafı üçün həyati əhəmiyyət daşıdığını ifadə etdi və mövzu barəsində geniş məlumat verdi: "Kəllə bağlı bir qutu kimi görünür, amma elə deyil. Kəllənin içindəki beyin xaricə iki yolla açılır. Bunlardan biri gözdür.
 
Çox işıq bizə zərər verə bilər. Yatağına yatmış yetkin çağda bir uşağın cib telefonu işığı ilə yatağında yatması qədər təhlükəli bir şey ola bilməz. Niyə? Çünki böyümə fazasında qaranlığa keçdiyimiz zaman beyin, melatonin deyilən bir maddə ifraz edir. Melatonin qaranlıqda ifraz olunur, çünki qaranlıq bizi böyüdən bir şeydir. Qaranlıq insan nəsilini böyüdən yetkinləşdirən bir mühitdir, ancaq işıqlı cib telefonu ilə yatmaq buna mane olur. Buradan da beyin sağlamlığını təsir edəcək işıq qaynağı olan cib telefonu həm də melatonin sintezinə təsir edən başqa bir faktor olaraq qarşımıza çıxır".
 
Mütəxəssislər yaxşı bir gecə yuxusunun insanların gündəlik həyatını da nizama saldığını ifadə edir.
Yuxusunu kifayət qədər almayan insanlarda diqqətsizliyin də artdığını vurğulayan tədqiqatçılar, "çox işıqda yatmaq, uşağın yetkinlik dövründə boyunun qısa qalmasına, beyninin daha az inkişafına səbəb ola bilər.
 
Qaranlıq dünya sizə melatonin hormonunu təqdim edir. Melatonin hormonu xərçəngdən qoruyur. Melatonin, bilinən ən güclü xərçəng önləyici maddədir", - fikirini dilə gətirdi.

20 avqust 2017
GO BACK