Avstraliyalı Culia Monako fərqli şəhərlərə səyahət edərkən terror həyəcanı yaşayıb.
Milli.Az "Haberler"ə istinadla bildirir ki, o, 1 il ərzində 3 dəfə terror qorxsusu ilə üzləşib.
O, Barselonadakı La Rambla meydanında terror baş verən zaman yaxınlıqdakı alış-veriş mərkəzində olub. Londonda terakt törədilən zaman metroda köməksiz qalıb. Parisdə olanda isə Kilsədə polis bıçaqlanıb.
Culia özü də uğursuz olduğunun fərqinə varıb və bu barədə paylaşım edib. O bildirib ki, ölkəsinə qayıtmayacaq, hansı ölkəyə istəsə, ora gedəcək.