İnternet üzərindən ev axtaran kim, maklerə üz tutan kim, ali təhsil ocaqlarının ətrafında vurulan onlarla elana göz atan kim. Daxil olduqları universitetlər üzrə qeydiyyatdan keçməyə gələn tələbələri və onların valideynlərini hazırda ən çox düşündürən məqam elə budur: Harada və neçəyə qalmaq?
Milli.Az bildirir ki, ARB TV mövzu ilə bağlı maraqlı sujet hazırlayıb.
Elcan Səfərəliyev - Tələbə: " "Bakı Dövlət Universiteti"nə qeydiyyatdan keçmək üçün Qəbələ rayonundan gəlmişəm. Yataqxanada qalmağı fikirləşirəm. Çünki kirayə mənzilin qiyməti baha olur".
Kirayə mənzil bazarındakı hazırki vəziyyəti şərh edən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, iyunun sonundan, sentyabrın sonuna qədər olan dövr, bazarda tələb və təklifin əks istiqamətlərdə kəskin dəyişdiyi mərhələ hesab edilir. Dərs ilinin başa çatması ilə boş mənzillərin sayı kəskin artır, tələb isə azalır. Bu da qiymətlərin 15-20 faizə yaxın aşağı düşməsinə səbəb olur.
Əsasən ucuz mənzillərə üz tutan tələbələrin seçdiyi yerlər iSə daha çox "28 may" və "Elmlər akademiyası" metrostansiyaları arasındakı ərazilərdir.