25 yaşlı Layza Teris 25 gün meşədə, təkbaşına qalıb. Onu polislər tapıblar.
Milli.Az NBC-yə istinadən bildirir ki, ABŞ-ın Alabama ştatının sakini olan Layza Terris 27 gün əvvəl iki şəxslə dağlardakı meşəyə, piknikə yollanmışdı.
Sonra o, evə qayıtmayıb.
Polis də Layzanın meşəyə getdiyi 31 yaşlı Menli Devisi və 36 yaşlı Rendi Osvaldı həbs edib. Bu şəxslər L. Terisin yoxa çıxmasında suçlanırdılar.
Lakin sübut-dəlil olmadığından iki gün əvvəl Devislə Osvald azadlığa buraxılıblar. Onların dediklərinə görə, Layza Teris gecənin bir aləmində, alt paltarında meşəyə tərəf gedib və qayıtmayıb.
Layza isə dünən tapılıb.
Polisdən verilən məlumata görə, radioloq tələbənin meşədə itməsi və sonra da tapılmasında müəmmalar, qaranlıq məqamlar çoxdur: "Araşdırma gedir, təhqiqat aparırıq. Bu səbəbdən konkret heç nə deyə bilmərik".
Layza isə söyləyir ki, meşələrdə möcüzə nəticəsində sağ qalıb: "Hər tərəf vəhşi heyvanlardı. Çox qorxurdum. Üstəlik, sürəkli su istəyirdim. Susayanda gölməçələrdən, çirkli nohurlardan su içirdim. O suyun təmiz olub-olmadığı eynimə də deyildi. Bir də giləmeyvələr məni xilas etdi. Yaxşı ki, yaydır, meşələrdə giləmeyvə boldur. Paltarım olmadıından gecələr soyuqdan titrəyirdim".
Layza Terisn vücudu yaralar və çapıqlarla doludur. Həkimlərin dediklərinə görə, tələbə qızın ciddi reabilitasiyaya ehtiyacı var.