Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Mərkəzi Neftçilər Xəstəxanasının transplantologiya şöbəsinin aparıcı çərrahı Eldar Əhmədov sosial şəbəkədə yazıb. O bildirib ki, 4 əməliyyat eyni zamanda icra olunub:
"Çarpaz transplantasiya resipient ilə donor arasında qan qrupu uyğunsuzluğu varsa, qan qruplarının uyğunluğunu təmin edəcək şəkildə donorların dəyişdirilməsidir. Əməliyyata eyni vaxtda hər iki cütlük alınır. 4 əməliyyat (iki donor və iki resipient) bir gündə, eyni zamanda icra olunur. Bu iş komanda işidir. Xəstələrimizə şəfa diləyirik".