Aktrisa Pelin Öztekin əməliyyat olunub.
Milli.Az -a istinadən bildirir ki, 2015-ci ildə mədə kiçiltmə prosesi ilə 153 kiloqramdan 63 kiloqram çəkiyə düşən aktrisa əməliyyatlarının sonuncu mərhələsini tamamlayıb. Pelin atdığı çəkilərdən sonra bədəninin bəzi hissələrində yaranan deformasiyalardan qurtulmaq üçün əməliyyat masasına uzanıb.
Xəstəxandan fotosunu paylaşan Öztekin "3 il əvvəl başladığım səfərin son mərhələsini tamamladıq. Qalan artıq çəkilərdən də "360 body lift" əməliyyatı ilə xilas oldum. Çox yaxında yeni görünüşümlə və obrazımla qarşısınzda olacağam" yazıb.
Qeyd edək ki, Pelin mədə kiçiltmə əməliyyatından sonra 22 ayda 90 kiloqram arıqlamışdı.