Qadin.NET / Ən böyük gəmi doğma limana qayıtdı - FOTO

Ən böyük gəmi doğma limana qayıtdı - FOTO

Ən böyük gəmi doğma limana qayıtdı - FOTO


Britaniya Kral Hərbi-Dəniz Qüvvələrinin ən böyük aviadaşıyıcı gəmisi olan "HMS Queen Elizabeth"in Portsmut limanına qayıdıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, limanda gəmini minlərlə insan qarşılayıb. Onların arasında gəmi heyətindəki hərbi dənizçilərin ailə üzvləri də vardı.

Təntənəli qarşılama mərasimində Britaniyanın baş naziri Tereza Mey iştirak edib.

2020-ci ildə tam istifadəyə veriləcək "HMS Queen Elizabeth" 2050-ci ilədək Britaniya Hərbi-Dəniz Qüvvələrinin flaqman gəmisi olacaq.

Xatırladaq ki, su tutumu 65 min ton, uzunu 280 metr olan  "HMS Queen Elizabeth" Britaniyanın yeni aviadaşıyıcı gəmiləri seriyasının debütantıdır.

Hazırda Fayf tərsanəsində inşası davam edən "HMS Prince of Wales" da istifadəyə veriləcək.

3,5 milyard funt-sterlinqə başa gəlmiş "HMS Queen Elizabeth"in sınaqları bu ilin sonunda başa çatacaq.

Gəminin ilk kapitanı indiyədək "HMS Ark Royal" və "HMS Illustrious" gəmilərinin kapitanı olmuş kommodor Cerri Kiddir.

Böyük aviadaşıyıcı gəmilərin əksəriyyətindən fərqli olaraq, "HMS Queen Elizabeth"də katapultlar və əyləc trosları yoxdur. Gəmi qısa qalxma məsafəli və şaquli enişli (V/STOL) təyyarələri daşıyacaq.

Aviadaşıyıcı gəmidə 24 F-35B qırıcı təyyarəsi, 9 Merlin HM2 və 5 Merlin Crowsnest helikopterləri ola bilər. Helikopter eskadrilyası Chinook, Apache, Merlin HC4  və Wildcat HM2-dən də ibarət ola bilər.

Gəmidə 250 dəniz piyadası da yerləşdiriləcək.

Ən böyük gəmi doğma limana qayıtdı - FOTO

Ən böyük gəmi doğma limana qayıtdı - FOTO


17 avqust 2017
GO BACK