Qadin.NET / Pullu oxuyan tələbələrə hansı güzəştlər ediləcək?

Pullu oxuyan tələbələrə hansı güzəştlər ediləcək?

Pullu oxuyan tələbələrə hansı güzəştlər ediləcək?


Qəbul imtahanlarında uğurlu nəticə göstərərək tələbə adını qazanan abituriyentlərin sənəd qəbulu avqustun 25-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi məlumatına görə, 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinə əsasən DİM tərəfindən təqdim olunan 42669 plan yerlərinin (müsabiqədənkənar plan yerləri xaric) müsabiqəsində 42804 abituriyent iştirak edib. Onlardan 36428 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11775 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. 

Ötən il təhsil haqlarının yüksək olması səbəbindən bir çox özəl ali təhsil müəssisələrində illik ödəniş aşağı salınmışdı. 

Özəl ali təhsil müəssisələri ödənişli əsaslarla oxuyan tələbələrə hansı güzəştlər edəcəklər?

Milli.Az xəbər verir ki, Qərb Universitetinin mətbuat xidmətinin rəhbəri Vüsal Məmmədovazvision.az-a bildirib ki, keyfiyyətli təhsili daha əlçatan etmək məqsədilə və yeni ixtisasların açılması ilə əlaqədar universitet illik təhsil haqlarını təxminən 50 faizə qədər aşağı salıb.

"Eyni zamanda qəbul imtahanlarında 450 baldan yuxarı nəticə göstərmiş tələbələr üçün təhsil haqlarında 10 faizdən 100 faizədək güzəştlər tətbiq edilir. Bundan əlavə yüksək qiymətlərlə oxuyan tələbələrə təqaüdlər təyin olunur və onlara təhsil haqlarında güzəştlər edilir. 350-dən yuxarı bal toplamış tələbələrin isə Qərb Universitetində dövlət sifarişi əsasında, ödənişsiz əsaslarla təhsil almaq imkanı var. Bir faktı da diqqətinizə çatdırım ki, illik təhsil haqları ödənişi məsələsində universitetimiz olduqca yumşaq mövqe tutur - belə ki, təhsil haqlarınının hissə-hissə ödənilməsi üçün imkan yaradılır. Eyni zamanda bilirsiniz ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə əlil və ya şəhid olmuş şəxslərin övladları və valideyn himayəsindən məhrum olmuş tələbələr pulsuz təhsil hüququna malikdirlər". 

Azərbaycan Kooperasiya Universitetinin mətbuat xidmətinin rəhbəri Tamerlan Əkbərovbildirib ki, bu il qəbul olan tələbələrə təhsil haqqının ödənilməsində hər hansı güzəşt olunacağı müzakirə mövzusu deyil. "Bu il Azərbaycan Kooperasiya Universitetinin mövcud 19 ixtisasına qəbul olmaq üçün illik təhsil haqqı kifayət qədər aşağıdır. Universitetdə təhsil haqqı 1500-2000 AZN arasında dəyişir. Yalnız maliyyə ixtisasında 2500 AZN-dir. Ancaq elektron tələbə köçürmə portalı vasitəsilə Kooperasiya Universitetinə köçürülmək istəyən tələbələrə illik təhsil haqqının ödənilməsində 20% güzəşt tətbiq olunacaq. Eyni zamanda, təhsil haqqının il ərzində mərhələli şəkildə ödənilməsinə də şərait yaradılacaq".

Odlar Yurdu Universitetindən isə bildirilib ki, qanunvericiliyə uyğun olaraq güzəştli təbəqəyə daxil olan tələbələr təhsil haqlarından azad edilirlər. Eyni zamanda 600-dən yuxarı bal toplayanlar üçün 100%, 580-600 bal toplayanlar üçün 75%, 550-579 bal toplayanlar üçün 50%, 500-549 bal toplayanlar üçün 25% güzəştlər ediləcək. 

Xəzər Universitetindən verilən məlumata görə, universitetdə tələbələr üçün müxtəlif maliyyə yardımı proqramları mövcuddur. Bunlar təhsil haqqının ödənilməsində olan güzəştlər, adlı təqaüdlər və digər şəkildə həyata keçirilir. 

"Qəbul imtР°hР°nlР°rındР° 500 və dР°hР° çРѕС… bР°l tРѕplР°yıbsa (birinci tədris ilinin nəticələrinə görə tələbənin GPРђ 85-dən Р°z РѕlР°rsР°, UnivРµrsitə bu güzəşti ləğv Рµtmək hüququnР° mР°likdir), vР°lidРµynlərin biri və yР° hər ikisi Xəzər Universitetində işləyirsə, bir Р°ilədən 2 (iki) və dР°hР° çРѕС… tələbə Xəzərdə təhsil Р°lırsР°, hər iki vР°lidРµynindən məhrum РѕlmuşdursР°, UnivРµrsitədə təhsil Р°ldığı dövrdə, gözlənilməz hР°disə nəticəsində (məsələn, qəflətən vР°lidРµynini itirməsi və. s) mР°ddi köməyə С…üsusi РµhtiyР°c yР°rР°nР°rsР° həmin tələbələrə maliyyə güzəşti edilir".

17 avqust 2017
GO BACK