Amerikalı kinorejissor Ceyms Kemeronun 1997-ci ildə çəkdiyi "Titanik" filmində baş rollarda oynamış aktyorlar Leonardo Di Kaprio və Keyt Uinslet yenidən bir araya gəliblər.
Milli.Az European-a istinadən bildirir ki, 42 yaşlı britaniyalı aktrisa Keyt Uinslet Fransanın cənubundakı Sen-Tropeyə, 41 yaşlı Hollivud ulduzu Leonardo Di Kaprionun villasına qonaq gedib.
Dünən onlar villada birlikdə istirahət ediblər.
Bu gün isə ulduzlar Di Kaprionun "Leonardo Di Caprio Foundation" xeyriyyə fondunun tədbirinə qatılacaqlar.