Qadin.NET / Kilolu xanımların nəzərinə: BU ÇİMƏRLİK GEYİMLƏRİNDƏN UZAQ DURUN

Kilolu xanımların nəzərinə: BU ÇİMƏRLİK GEYİMLƏRİNDƏN UZAQ DURUN

Kilolu xanımların nəzərinə: BU ÇİMƏRLİK GEYİMLƏRİNDƏN UZAQ DURUN


Əgər çəkiniz bir az artıqdırsa, dənizdə çimərlik geyimi geyinmək sizi qorxutmasın. Çünki geydiyiniz çimərlik geyimi ilə olduğunuzdan daha arıq görünməyiniz mümkündür.

Qadin.Net Milli.Az-a istinadən bununla bağlı bəzi məsləhətləri diqqətinizə çatdırır.

Əgər ombanız genişdir, sinəniz kiçikdirsə, sinə dekolteli bir çimərlik geyimi seçin. Bununla sinəniz və ombanız daha mütənasib görünəcək.

Kilonuz çoxdursa, kürək dekolteli çimərlik geyimlərinə üstünlük verməyin. Bu, daha çox kök görünmənizə səbəb olacaq. Dar çimərlik geyimi sizi olduğunuzdan arıq göstərər.

Açıq rəngli çimərlik geyimləri köklüyünüzü daha çox ortaya çıxaracaq. Bu səbəblə də qarın bölgənizi yığışdıracaq, tünd rəngli çimərlik geyimlərini seçin.

Çimərlik geyiminin parçası kimi rəngi də çox əhəmiyyətlidir. Tək rəng çimərlik geyimi əvəzinə ton fərqlilikləri olan bir model seçin. Bu üsul olduğunuzdan daha incə görünməyinizə kömək edəcək.

Boyundan bağlı modellər incə görünmək istəyən qadınların seçimi olmalıdır.
 
İllüziya modasına paltarda olduğu kimi, çimərlik geyimində də tabe ola bilərsiniz. Bel qıvrımınızı diqqətə çarpdıran detallar sizi daha arıq göstərəcək.

16 avqust 2017
GO BACK