Qadin.NET / "Ağıllı" pəncərələr də yaradıldı

"Ağıllı" pəncərələr də yaradıldı

"Ağıllı" pəncərələr də yaradıldı


Amerikalı alimlər günəş işığının qarşısını alan şüşənin yaradılması üçün yeni texnologiya təklif ediblər.

Qadin.Net Trend-ə istinadən bildirir ki, Maykl Makqinin rəhbərliyi ilə ABŞ-ın Stenford Universitetinin alimləri tərəfindən düzəldilmiş "ağıllı" pəncərələr bir dəqiqə ərzində şəffaf vəziyyətdən tutqun vəziyyətə və əksinə keçmək qabiliyyətinə malikdir. Belə şüşə platin nanozərrəciklərlə aşkarlanmış və mis ionlarının mənbəyi ilə birləşdirilmiş elektrik keçirici və şəffaf indium oksid-qalaydan hazırlanır.

Alimlərin sözlərinə görə, laboratoriyada işlək prototip heç bir deqradasiyaya uğramadan ümumilikdə 5500 dəfə bir vəziyyətdən başqa vəziyyətə keçib.

16 avqust 2017
GO BACK