Qadin.NET / 2 min 600 illik möhür aşkar edilib

2 min 600 illik möhür aşkar edilib

2 min 600 illik möhür aşkar edilib


Türkiyənin Muğla şəhərinin Seydikemer qəsəbəsində yerləşən və UNESKO-nun Dünya İrsi Siyahısında yer alan "Letoon antik" şəhərində aparılan qazıntılar zamanı 2 min 600 illik tarixi olan Misir möhürü aşkar edilib.

Qadin.Net AZƏRTAC-a istinadən bildirir ki, gübrə böcəyi görünüşlü mavi rəngli möhürün bir üzündə insan başı, möhür üzündə isə qanadlı, quş başlı, aslan gövdəli adam fiqurunun yer aldığı qeyd olunub.

Frakiya Universitetinin arxeologiya kafedrasının baş müəllimi və qazıntı ekspedisiyasının rəhbəri Baki Demirtaş jurnalistlərə verdiyi açıqlamada möhürün ən əhəmiyyətli tarixi miras olduğunu söyləyib. Tarixi eramızdan əvvəl 610-cu illə səsləşən tapıntının o dövrkü Misir tacirlərinə məxsus olduğu iddia edilir.

16 avqust 2017
GO BACK