Qadin.NET / Xəzər adalarında ilk dəfə elmi tədqiqatlar aparılır - FOTO

Xəzər adalarında ilk dəfə elmi tədqiqatlar aparılır - FOTO

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları tərəfindən Xəzər adalarında ilk dəfə elmi tədqiqatlar aparılır.

Qadin.Net xəbər verir ki, Akademiyadan Trend-ə verilən məlumata görə, AMEA-nın Zoologiya İnstitutunun, Neft və Qaz İnstitutunun birgə təşkilatçılığı ilə aparılan tədqiqatlar Çilov, Xərə Zirə, Kür dili, Böyük Tava, Kiçik Tava, Gil adaları daxil olmaqla, Bakı və Abşeron yarımadasının arxipelaq adalarını əhatə edir. İlkin olaraq Çilov adasında başlayan tədqiqatlar Xərə Zirə adasında davam etdirilib.

Tədqiqatlar zamanı Neft və Qaz İnstitutu adalarda torpaq əmələgəlmə prosesini, vulkanizmi, Zoologiya İnstitutu isə adaların flora, fauna və landşaftlarını öyrənirlər. Səksən faizi vulkan mənşəli olan Xəzər adalarının fauna və florası indiyədək heç vaxt öyrənilmədiyindən bu tədqiqatların Azərbaycan elmi üçün əhəmiyyəti böyükdür. Tədqiqat zamanı ilk dəfə dron aparatından istifadə edilib. Belə ki, dron vasitəsilə ərazinin monitorinqi aparılıb, şəkilləri çəkilib. Bir həftə ərzində gəzməklə əldə oluna biləcək məlumatlar dron vasitəsilə 15 dəqiqəyə toplanılıb.

Ekspedisiya qrupuna geoloqlar, torpaqşünaslar, landşaftşünaslar və geobotaniklər daxildir. Tədqiqatlar iki il davam edəcək.

Xəzər adalarında ilk dəfə elmi tədqiqatlar aparılır - FOTO

Xəzər adalarında ilk dəfə elmi tədqiqatlar aparılır - FOTO

Xəzər adalarında ilk dəfə elmi tədqiqatlar aparılır - FOTO


16 avqust 2017
GO BACK