Qadin.NET / İnternetdə evlənmək niyə daha asandır?

İnternetdə evlənmək niyə daha asandır?

İnternetdə evlənmək niyə daha asandır?


"The Daily Telegraph" qəzetində Eleanor Muffitt yazır ki, müasir zəmanəmizdə insanların romanlarda olduğu kimi göz-gözə vurulması müşkül məsələyə çevrilir.

Milli.Az BBC-yə istinadən bildirir ki, bir çox başqa həyat aspektləri kimi bu sahə də virtual dünyaya keçir. İndiki zamanda hər beş tanışlıqdan biri internetdə baş verir. Təkcə Tinder hər gün 26 milyon insanı "görüşdürür".

Ən maraqlısı isə budur ki, internet tanışlığı yaş hüdudu tanımır. Yaşı 50-dən çox olanlar üçün Senior People Meet və elə "The Telegraph" qəzetinin özünün Telegraph Dating tanışlıq saytı var.

Muffitt yazır ki, bir çoxları üçün internet ən münasib tanışlıq məkanıdır. Bəziləri isə düşünürlər ki, əslində internet tanışlığının öz üstünlükləri var.

1) Siz vəziyyətə nəzarət edirsiniz

İnternet tanışlığı zamanı siz özünüz haqqında özünüzün düzgün saydığınız informasiyanı, fotonu təqdim edirsiniz. Təkliflərə rahat, çəkinmədən cavab vermək imkanınız olur.

Tanış olduğunuz şəxs haqqında da məlumat ala bildiyinizdən onunla sükut buzunu sındırmaq daha asan olur.

2) Namizəd bankınızı genişləndirə bilirsiniz

Match.com tanışlıq saytının ekspertləri deyirlər: "Bizim üzləşdiyimiz əsas problem coğrafi məkanımızın məhdud olmasıdır. Yəni dostlarımızın və iş yoldaşlarımızın çevrəsi məhduddur. Belə mühitdə evlənmək üçün namizəd tapmaq asan olmur".

Əgər sevgili axtarmaq üçün yaxlınlıqdakı bara getsəniz, çox az sayda potensial yoldaşla rastlaşa bilərsiniz. Amma bununla müqayisədə sizin internetdə həyat yoldaşı tapmaq üçün minlərlə namizədlə tanışlıq imkanınız var.

3) Ehtiyat variantı

Tanışlıq saytında qeydiyyatdan keçməyiniz o demək deyildir ki, siz real həyatda axtarışınızı dayandırmalısınız. Əksinə internet tanışlıq saytı əlavə güvənc yeridir.

4) Sizin üçün vaxt məhdudiyyəti yoxdur

eHarmony tanışlıq saytı bu ilin əvvəllərində apardığı sorğudan belə bir nəticə çıxarıb ki, internetdə həftənin başqa günləri ilə müqayisədə çərşənbə axşamı günü, gündüz saat 2-də daha çox adamla tanış olmaq mümkün olur.

Adamlar indi daha uzun saatlar ərzində işləməli olurlar. Bu isə o deməkdir ki, belə sıx iş cədvəli ilə könül dostunu tapmaq elə də asan deyil. Amma internetdə bu axtarışla vaxtınız olan kimi məşğul olmaq imkanınız var.

5) Qapalı çevrədən çıxa bilirsiniz

Match.com tanışlıq saytının ekspertləri deyirlər ki, internet sizə real həyatda ağlınıza belə gəlməyən mükəmməl namizəd gətirə bilər.

Tanışlıq saytlarından bir çoxu maraq növləri üzrə işləyir. Məsələn, Equestrian Cupid atçılığa marağı olanları, Veggie Date isə vegetarianları bir araya gətirir. Gələcək həyat yoldaşınızı barda axtaranda sanki samanlıqda iynə axtarırsınız, amma internetdə axtarışınıza dəqiq istiqamət verə bilərsiniz.

6) Ən əsası budur ki, internet tanışlığı kara gəlir

Match.com saytında başlanmış hər 5 tanışlıqdan 3-ü 6 aydan çox sürən münasibətlə nəticələnir. ABŞ-da nikahların 5 faizi eHarmony saytından başlanır.

PEW Araşdırma Mərkəzinin tədqiqatı göstərib ki, Amerikada universitet məzunlarının yarısı öz ərini və ya arvadını internetdə tapan kimisə tanıyır.

Respondentlərin üçdə ikisi razılaşır ki, internetdə həyat yoldaşı tapmaq daha asan və daha səmərəlidir.

İnternetdə tanış olanların tanışlıqdan evliliyə keçməsi də daha tez baş verir.

15 avqust 2017
GO BACK