Antarktidanın ən qədim binalarından birində 100 illik, amma hələ də təzə görünən meyvəli keks tapılıb.
Qadin.Net lent.az-a istinadən bildirir ki, keksin 1910-1913-cü illərə aid olduğu deyilir. Kağıza sarılmış bir halda qutuya yerləşdirilən keksin qutusunda azca paslanma və parçalanma olsa da, görünüşü və qoxusu onun hələ yeyiləcək halda olduğunu deyir.
Keksin "Huntley/ Palmers" adlı ingilis biskvit fabrikində bişirildiyi təxmin edilir.