Böyük Britaniya kraliçası II Elizabet oğlu şahzadə Çarlzın xeyrinə taxt-tacdan imtina etmək niyyətindədir.
Qadin.Net APA-ya istinadən xəbər verir ki, bu barədə "The Mirror" qəzeti yazıb.
Məlumata əsasən, kraliça dörd ildən sonra, yaşı 95-ə çatdıqda taxt-tacından imtina edəcək. Zəruri sənədlərin hazırlanması üçün prosedurun artıq başlandığı qeyd olunur.
"Kraliça II Elizabet əmin olmaq istəyir ki, zaman gəldikdə məsələ insidentsiz həll olunacaq", deyə məlumatlı mənbə qəzetə bildirib.