Dünyanın ən məşhur futbolçularından biri, İngiltərə yığmasının sabiq kapitanı Devid Bekhemin malikanəsinin inşasında problemlər yaranıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Oksfordşir qraflığındakı Kotsuold bölgəsində yerləşən malikanəni satın almış Devid Bekhem genişmiqyaslı təmir və rekonstruksiya işlərinə başlamışdı.
Üç binadan ibarət malikanənin layihəsini tamamən dəyişdirən Bekhem bu tikililəri birləşdirərək yeni kompleks yaratmaq istəyib.
Bu isə Kotsuold Şurasının xoşuna gəlməyib.
Çünki İngiltərədəki mövcud qanunvericiliyə görə, tarixi binanı və ya məkanı satın alan şəxs orada ən kiçik təmir, dəyişiklik aparmaq üçün Memarlıq Şurasından icazə almalı, layihəni razılaşdırılmalıdır.
Bekhem isə bunu etməyib.
Hazırda iş Oksfordşir məhkəməsindədir.