Tədqiqatçılar Argentinada dünyada yaşamış ən böyük dinozavrın qalıqlarının aşkarlandığını bəyan ediblər.
Qadin.Net AZƏRTAC-a istinadən bildirir ki, dinozavrın uzunluğu 35 metr, çəkisi isə 76 tondur. Ölkənin cənubunda 2012-ci ildə qalıqları tapılan dinozavra "Patagotitan mayorum" adı verilib.
Qalıqları təhlil edən tədqiqatçı qrupu onun "Brontozarus" və "Diplodokus"ların qohumu olduğunu ehtimal edir.