Qadin.NET / Azərbaycanda peyvəndlərin yerinə yetirilmə vəziyyəti açıqlandı

Azərbaycanda peyvəndlərin yerinə yetirilmə vəziyyəti açıqlandı



2017-ci ilin 6 ayı ərzində Azərbaycanda profilaktik peyvəndlərin yerinə yetirilmə vəziyyəti qənaətbəxş olub.

Milli.Az bildirir ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, yenidoğulmuşların hepatit B vaksini ilə əhatə olunması - 98,5%, poliomielit əleyhinə OPV vaksini ilə -96,6%, vərəm əleyhinə BCG vaksini ilə -96,3% təşkil edib. Digər yaş qruplarında da əhatə olunma təqvimə uyğun davam etdirilib.

Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən 2017-ci ilin aprel ayının 24-30 tarixlərində Respublika ərazisində "İmmunlaşdırma həftəsi" keçirilib, hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqlar profilaktik peyvəndlərə cəlb olunub, ümumilikdə "İmmunlaşdırma həftəsi" ərzində vərəm əleyhinə vaksinlə 339, difteriya, göyöskürək və tetanus əleyhinə vaksinlə 1946, difteriya-tetanus əleyhinə vaksinlə 1715, inaktivləşdirilmiş poliomielit vaksini ilə 1074, qızılca, məxmərək və epidemik parotit əleyhinə vaksini ilə 3807, hepatit əleyhinə vaksinlə 326, pnevmokok əleyhinə vaksinlə 3641 və A vitamini ilə 2941 uşaq əhatə olunub.

13 avqust 2017
GO BACK