Aktyor Daniel Kreyq daha iki "Agent-007" filmində rol alacaq.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ceyms Bond obrazını 4 filmdə yaradan Kreyqin daha iki filmdə iştirakı barədə danışıqlar başa çatıb, müqavilə imzalanma ərəfəsindədir.
Qeyd olunur ki, prodüserlər müqaviləni bağlamağa tələsirlər. Bondiadanın sayca 25-ci filminin premyerasının 2019-cu ilin noyabrın 8-də olacağı artıq elan edilib, ssenari hazırdır.
Filmin çəkilişlərinə 2018-ci ildə start veriləcək.
Xatırladaq ki, Kreyq Ceyms Bond obrazını ilk dəfə 2006-cı ildə "Kazino "Royal" filmində canlandırıb.