"YouTube"un mobil proqramına videonun sürətini dəyişdirmək imkanı əlavə edilib. Bu seçim masaüstü versiyada 2 il əvvəl reallaşdırılıb. Sözügedən funksiya video çarxın sürətini dəyişdirməyə imkan verir. Bu imkan öyrədici çarxlar, reseptlərə baxış zamanı xüsusilə əlverişlidir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Google" şirkəti bu funksiyanı "Android" üçün mobil proqrama əlavə edib. Lazımi sürəti seçmək üçün ekranın yuxarı sağ küncündəki üç nöqtənin üzərinə sıxmaq lazımdır. Hələ ki, sözügedən funksiya hər kəs üçün əlçatan deyil, amma bəzi istifadəçilər artıq qeyd ediblər ki, bu vərəqdə yalnız videonun keyfiyyəti deyil, həm də sürətini seçmək mümkündür.