Britaniya alimləri qızıl tozun köməyi ilə xərçəngi müalicə edən yeni metodika hazırlayıblar.
Məlum olub ki, qızılın atomları kimyaterapiyanı daha ziyansız və effektli edir.
"Komsomolskaya Pravda"nın məlumatına görə, Edinburq Universiteti alimləri sübut ediblər ki, qızıl orqanizmdə gedən bəzi reaksiyaları sürətləndirir ki, nəticədə dərmanların təsiri də artır.
Həmçinin qızıl tozundan istifadə kimyaterapiya zamanı istifadə olunan preparatların sağlam hüceyrələrə olan mənfi təsirini və nəticədə yanaşı təsirləri azaldır.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, alimlərin fikrinə görə, bu yeni metod ən yaxın zamanlarda bütün müalicə müəssisələrində xərçəngin müalicəsində istifadə olunmağa başlayacaq.