Əvvəllər stüardessa işləmiş 42 yaşlı qadın indi lüks həyat yaşayır. O, 2 milyon dollarlıq çanta kolleksiyasına malikdir, hər ay dünyanın ən bahalı kurortlarına yollanır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 42 yaşlı sinqapurlu Cemi Çua əvvəllər "Singapore Airlines" aviaşirkətində stüardessa işləyirdi. Reyslərdən birində o, sərnişin Nurdian Kuakla tanış olub.
İndoneziyalı multimilyonçu Nurdian Kuak stüardessaya vurulub, onunla evlənib. Lakin nikah uzun sürməyib və onlar 2011-ci ildə boşanıblar.
Fəqət, Cemi Çua təzminat qismində böyük məbləğ aldığından dəbdəbəli həyat yaşayır. Üstəlik, məhkəmə qərarına görə, sabiq əri ona hər ay aliment qismində 170 min dollar ödəyir.
Onun 200 "Hermes Birkin" və "Kelly Bags" çantası var.
Üstəlik, yüzlərlə cüt bahalı ayaqqabılar kolleksiyası da mövcuddur.
21 yaşlı Klivlend və 17 yaşlı Kalista adlı iki qızın anası olan Cemi Çua İnstagram-da 480 min daimi təqibçiyə malik profilində yazıb ki, sadəcə, kosmetik prosedurlara ayda 12 min dollar xərcləyir.
İndi o, ekoloji cəhətdən təmiz kosmetik vasitələr istehsal edən şirkətin sahibəsidir.