Qadin.NET / Boru kəməri çəkilişi zamanı yerin altından qədim əşyalar çıxdı

Boru kəməri çəkilişi zamanı yerin altından qədim əşyalar çıxdı

Boru kəməri çəkilişi zamanı yerin altından qədim əşyalar çıxdı


Goranboyda XII əsrə aid məişət əşyaları aşkarlanıb. Arxeloqların tədqiqatı zamanı ərazidən müxtəlif məişət əşyaları tapılıb. 30-a yaxın eksponat rayonun tarix-diyarşünaslıq muzeyinə təhvil verilib.

XII əsrə aid məişət əşyaları tapılıb.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, tapıntılar Goranboyun Borsunlu kəndində boru kəmərinin çəklişləri zamanı üzə çıxıb. Arxeloqların tədqiqatı zamanı ərazidən həmin dövrdə istifadə edilən çıraq, nehrə, müxtəlif formalı gil qablar və rəngli kasalar tapılıb. Üzərində müxtəlif naxışlar və bəzəklər olan gildən hazırlanan qablar 900 ilə yaxın vaxt keçməsinə baxmayaraq öz keyfiyyətini itirməyib.
Borsunlu kəndi ərazisində tapılan 30-a yaxın eksponat Goranboy Tarix-Diyarşünaslıq muzeyinə təhvil verilib. Tapılan əşyalar arasında kubok formalı iri qablar, böyük qapaqlar, bardaqlar daha çox diqqət çəkir. Tarixçilər tapıntıların həmin ərazidə sənətkarlığın inkişafının və şəhər mədəniyyətinin formalaşdığının göstəricisi olduğunu deyirlər.
Mütəxəssislərin sözlərinə görə, Borsunlu ərazisində tapılan maddi-mədəniyyət nümünələri ərazidə geniş arxeoloji qazıntı işlərinin aparılmasını labüd edir.

8 avqust 2017
GO BACK