Qadin.NET / Zəhərli yumurta yayıldı - AVROPA QORXU İÇİNDƏ

Zəhərli yumurta yayıldı - AVROPA QORXU İÇİNDƏ

Zəhərli yumurta yayıldı - AVROPA QORXU İÇİNDƏ


Fipronil maddəsi qarışan yumurtalar Almaniya, Belçika və Hollandiyadan sonra iki ölkədə - İngiltərə və Fransada aşkar edilib. Üç ölkədə qorxunc olayla əlaqədar istintaq başladılıb. 

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə Qida Standartları Agentliyi hadisə ilə bağlı həyəcan təbili çalıb.
 
Fransa hökuməti də məsələyə biganə qalmayıb. Hollandiyadan gələn və içində fipronil maddəsinin aşkar edildiyi yumurtanın ölkəyə artıq 13 "partiya" gətirildiyi bildirilib.
 
Fransa Kənd Təsərrüfatı Nazirliyi bu yumurtaların nə qədər zərərli olduqları haqda, hələ ki, tam məlumata sahib olmadıqlarını açıqlayıb.
 
"Deutsche Welle"nin xəbərinə görə, 20 iyulda Belçikada Avropa Birliyi Komissiyasının xəbərdarlığı nəticəsində ortaya çıxan zəhərli yumurtalar bu ölkədən başqa, Almaniya və Hollandiyadakı supermarketlərdən də yığışdırılmışdı. Hollandiya 26 iyulda, Almaniya isə 31 iyulda AB Komissiyasına bənzər xəbərdarlıqları ediblər.
 
Bazar ertəsi günü açıqlama yayan AB Komissiyası, zəhərli yumurtanın artıq Birlik ölələrindən Almaniya vasitəsi ilə İngiltərə və Fransaya çatdığı haqda həyəcan təbili çalıb.
 
Jurnalistlərə açıqlama verən Komissiya sözçüsü Anna-Kaise Itkonen "Bu andan etibarən hər şey isveçlilərin, isveçrəlilərin, fransızların və ingilislərin əlində. Çünki bütün yumurtalar təqib edilə bilir" ifadələrini işlədib.
 
ALMANİYA istintaq başlatdı
 
Almaniya prokurorluğu zəhərli yumurta qalmaqalı ilə bağlı Aşağı Saksoniya əyalətində fəaliyyət göstərən bəzi fermaları araşdırmaq üçün istintaq başladıb. Beləcə, Belçika və Hollandiyadan sonra Almaniya bu təhlükəyə görə istintaq başladan üçüncü ölkə olub.
 
İçində fipronil aşkar edilən yumurtalara bu zamana qədər Almaniyanın 16 əyalətinin 15-ində rast gəlinib.
 
MİLYONLARLA TOYUQ tələf ediləcək
 
Hollandiyada 150 ​​şirkətin milyonlarla toyuğu tələf edilə bilər. Təxminlərə görə, böhranın baş verdiyi gündən bu yana 300 mindən çox toyuq artıq tələf edilib.
 
Belçika da 51 fermada toyuq istehsalı dayandırılıb. 21-indən çıxarılan analiz üçün götürülən toyuqlarda fipronil aşkar edilib. Bağlanılan fermalar ölkədə fəaliyyət göstərən bu tip müəssisələrin dörddə birini əhatə etsə də, təhlükəli maddənin miqdarının xeyli çox olduğu deyilir.
 
FİPRONİL NƏDİR?
 
Fipronil maddəsi heyvanlardakı birə, bit və gənəni yox etmək üçün istifadə edilən bir böcək dərmanıdır. Maddənin ev heyvanları kimi insanların istehlak etdiyi heyvanlarda istifadəsi qadağandır.
 
Fipronilin bu tip heyvanlara təmas etməsi nətcəsində tük və dəri vasitəsi ilə yumurtalara çatır.
 
Dünya Sağlamlıq Təşkilatı, fipronil maddəsini "orta dərəcədə təhlükəli" olaraq dəyərləndirir və yüksək miqdarlarda istifadəsi böyrək, qaraciyəri sıradan çıxarır.

8 avqust 2017
GO BACK