Qadin.NET / Günəş batareyalı gün eynəyi yaradılıb

Günəş batareyalı gün eynəyi yaradılıb

Günəş batareyalı gün eynəyi yaradılıb


Günəş batareyalarının populyarlığı ildən-ilə artır. Bina və avtomobillərin damları günəş batareyaları ilə örtülür, "ağıllı" saat və başqa aksesuarlara qurulur. Beynəlxalq Enerji Agentliyinin ekspertləri hesab edirlər ki, XXI əsrin ortalarında günəş enerjisi elektrik enerjisinin əsas mənbələrindən biri olacaq.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Almaniyanın Karlsruye Texnologiya İnstitutunun alimləri günəşdən qoruyan eynəklərin linzasını üzvi günəş panelləri ilə təchiz ediblər. Belə eynək toplanılmış enerjinin köməyi ilə ətraf mühitin temperaturunu və günəş işığının intensivliyini ölçür. Mikroprosessor və iki kiçik displey eynəyin cınaqlarına qurulub.
 
Yeni linzaların çəkisi adi günəşdən qoruyan eynəklərdə istifadə olunan linzalardan ağır deyil. Onların qalınlığı 1,6 mm, çəkisi təxminən 6 qr təşkil edir. Fotoelementlərin işləməsi üçün lazım olan minimum işıqlanma dərəcəsi 500 lyuksa bərabərdir: bu ofislərin əksəriyyətində orta işıqlanma dərəcəsidir.
 
Alimlərin sözlərinə görə, gələcəkdə sözügedən texnologiyanı daha böyük  obyektlərdə (məsələn, pəncərələrdə) tətbiq etmək mümkün olacaq. Həmçinin vaxt ötdükcə istehsalçılar eynəyi təkmilləşdirməyə ümid edirlər. Toplanılmış enerji kənar qurğuların (məsələn, eşitmə aparatları və ya addımölçənlər) enerji ilə doldurulmasında istifadə etmək üçün nəzərdə tutulur.

8 avqust 2017
GO BACK