Qadin.NET / Tailanddan “YouTube” və "Facebook"a sərt xəbərdarlıq

Tailanddan “YouTube” və "Facebook"a sərt xəbərdarlıq

Tailanddan “YouTube” və "Facebook"a sərt xəbərdarlıq


Tailand hökuməti "Facebook" və "YouTube"u lisenziyalarını ləğv etməklə hədələyib.

Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, bu barədə "Bangkok Post" məlumat yayıb.
 
Tailand hökuməti sosial şəbəkələrdən ölkə məhkəmələri tərəfindən qadağan olunan informasiyaların silinməsini tələb edir. Söhbət 1700 səhifədən çox "zərərli" informasiyadan gedir. Tailand Milli Telekommunikasiya və Yayım Komissiyası şirkətləri məhkəmə qərarından sonra bu xəbərləri blok etməyə çağırıb.   
 
"Facebook və YouTube" qanunsuz kontent olan səhifələri avqustun 7-nə qədər silməlidir. Əks halda, Tailand ərazisində onların fəaliyyətinə qadağa qoyulacaq.

8 avqust 2017
GO BACK