Cütlüklərin bir-birini ən çox aldatdığı ölkələrin siyahısı açıqlanıb.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, Dr. Felix adlı saytda aparılan araşdırmaya əsasən, bir-birini ən çox aldadan cütlüklərin Skandinaviya ölkələrində olduğu ortaya çıxıb. Skandinaviya ölkələri arasında birinci olan ölkə isə Danimarka olub. Danimarkadakı cütlüklərin 46 faizinin evli ikən başqa bir adamla birlikdə yaşadığı müəyyənləşib. Sadəcə 5 milyon əhalisi olan Danimarka üçün bu nəticə oldiqca heyrətamizdir.
Bu sırada ikinci yerdə Norveç gəlir. Norveçdə bu nisbət 41, İslandiyada 39, Finlandiyada isə 36 faiz olaraq göstərilir.