Qadin.NET / Çimərliklərdə süni qiymət artımı var

Çimərliklərdə süni qiymət artımı var

Çimərliklərdə süni qiymət artımı var


Çimərliklərin ən qızğın vaxtı həftə sonlarıdır. Tələbatı dırnaqarası fürsətə çevirən obyekt sahibləri var. Şənbə və bazar günləri 2 qat daha baha təklif edilən xidmətlərdən danışacağıq.

2 stul və sadəcə çətirdən ibarət bir çardaq. Adi günlərdə 5 və ya 10 manata təklif edilən besetkalar həftə sonu iki qat baha təklif edilir. İstirahətə gələnlərin əksəriyyəti isə bu qiyməti verməyə məcbur olduqlarını deyirlər. Çünki gündən qorunmaq üçün ətrafda pulsuz heç bir vasitə yoxdur.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, icarədarlar isə tələbatın çox olduğunu, boş yerlərin qalmadığını deyirlər. Elə buna görə də, şənbə-bazar günləri bütün çimərliklərdə qiymətlərdə artım olması artıq adi hala çevrilib.
Obyekt sahibləri qiymət fərqinə belə bəhanə gətirir ki, hər gün ətrafın təmizliyi və xidmət üçün işçilərə ödəniş edirlər.Və çimərlik mövsümü ildə bir dəfə olduğundan qiymətlərin belə baha olması normaldır.
Ekspertlər isə bildirir ki, belə halları qanunla tənzimləmək mümkün olmasa da, bu obyekt sahiblərinin tələbatdan sui istifadə etməsi deməkdir.

5 avqust 2017
GO BACK