Dövlət Statistika Komitəsinin 2016-cı ildə evlənən bəy və gəlinlərin nikah vəziyyətinə dair məlumatında maraqlı məqamlar üzə çıxıb.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, ötən il ölkədə 66771 nikah qeydə alınıb. Məlum olub ki, ailə quranlardan 61566 kişi və 64250 qadın heç vaxt nikahda olmayanlardır.
Ötən il 4502 boşanmış kişi və 2353 boşanmış qadın yenidən nikaha girərək, ailə qurublar.
Yeni ailə quranlar arasında həyat yoldaşını itirmiş şəxslər də var. Belə ki, 703 dul kişi və 168 dul qadın da ötən il nikaha girərək, yeni ailə quranlar sırasına daxil olub.
Maraqlıdır ki, boşandıqdan sonra yenidən ailə quran kişilərdən 228-i, dul qaldıqdan sonra evlənən kişilərin isə 237-si yaşı 60-dan yuxarı olanlardır.
Boşandıqdan sonra yenidən nikaha girən 60 yaşdan yuxarı qadınların sayı 71, dul qalandan sonra ailə quran qadınların sayı isə 10 nəfər olub.
Ötən il 174 kişi isə ilk dəfə 60 yaşından sonra evlənib. Eyni zamanda 60 qadın da ilk dəfə 60 yaşdan sonra ailə qurub