Avstraliyanın məşhur cərrahlarından olan Endryu Çen Kambocaya yollanaraq ağzında nəhəng şiş olan Eneq Khenqi bəladan qurtarandan sonra belə deyib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Khenq Avstraliyanın Adelaida şəhərindəki hospitalda əməliyyat olunub.
Unikal əməliyyatı uğurla başa vuran Endryu Çenin dediyinə görə, şiş çox qəribə idi.
Enq Khenq 30 il idi ki, "Gingival Hyperplasia" sindromuna mübtəla idi. Ağzını bağlamış şişlər onun nəfəs almasına, yeməyinə ciddi maneələr yaratmışdı.
Kambocanın Kampronq Çam əyalətindəki kiçik kənddə yaşayan Enq Khenqin dediyinə görə, yoxsuldur və bu səbəbdən də ağzındakı şişi müalicə etdirə bilməyib.
Kambocada xeyriyyə missiyasında çalışan Endryu Çen bu kəndli barədə xəbər tutan kimi Kşenqin yaşadığı kəndə yollanıb, onu özü ilə Avstraliyaya aparıb.
Orada isə yoxsul kəndli unikal əməliyyat sayəsində damaq displaziyasından qurtulub.