Qadin.NET / Qoca qadın dəfnində "dirildi", ağladı - FOTO

Qoca qadın dəfnində "dirildi", ağladı - FOTO

69 yaşlı Karmen Pilar xəstəxananın morqunda idi. Ailəsi isə evdə dəfn mərasiminə başlamışdılar. İki saat sonra Pilar tabuta qoyulacaq, evə aparılacaq, vida mərasimində sonra dəfn ediləcəkdi.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, hospitalın morqunun işçiləri dəmir masaya uzadılmış Piların "cəsəd"inə formaldehid inyeksiyası vurmağa başlayanda qadın qəflətən ayılıb.

O, masa üzərində lüt uzadıldığını görəndə qışqırıb, ağlamağa başlayıb.

Olay Boliviyanın paytaxtı La-Pas şəhərində, Toraks səmtindəki hospitalda yaşanıb.

Kəfəndən çıxarılan Karmen Pilar müayinədən sonra evə göndərilib.

Karmen Piların dediyinə görə, onun başında bədxassəli şiş vardı.

"Həkimlər müalicənin mənasız olduğunu, yaxın günlərdə öləcəyimi dedilər. Sonra, sən demə, mənə güclü ağrıkəsici vurublar. Ertəsi günsə öldüyümü zənn edib morqa aparıblar", - Karmen Pilar deyib.

La-Pas şəhər prokurorluğunun yetkilisi Edvin Blankonun dediyinə görə, hadisə ilə bağlı cinayət işi qaldırılıb, istintaq gedir.

 

Qoca qadın dəfnində "dirildi", ağladı - FOTO

Qoca qadın dəfnində "dirildi", ağladı - FOTO


5 avqust 2017
GO BACK