Bu il ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahan mərhələsindən 4 nəfər telefon və elektron əşyalar keçirməsi səbəbindən çıxarılıb.
Qadin.Net apa-ya istinadən xəbər verir ki, Təhsil Nazirliyinin sektor müdiri Rasim Məmmədovbildirib ki, telefon və elektron əşyaların imtahana keçirilməsinin qadağan edildiyi barədə xəbərdarlıqlara baxmayaraq, hər kəs buna cəhd edir. 4 nəfərin bu səbəbdən imtahandan çıxarıldığını deyən R.Məmmədov qeyd edib ki, müəllimliyə imtahan verən bəzi şəxlərin nəinki nəticələri uğurlu deyil, davranışları da seçdikləri peşəyə uyğun gəlmir: "Qaydaları pozurlar. Etik davranışları müəllimliyə yaraşmır".