Qadin.NET / Həcc ziyarətinə hazırlıq: qiymətlər açıqlandı

Həcc ziyarətinə hazırlıq: qiymətlər açıqlandı

Həcc ziyarətinə hazırlıq: qiymətlər açıqlandı


Azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur

Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarların səfər hazırlığına start verilib.
Zəvvarlar üçün Təzəpir məscidində təşkil edilmiş mərasimdə Həcc ziyarətinin əməlləri, görüləcək işlər barədə ətraflı məlumatlar verilib.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, bundan başqa zəvvarların qruplara bölünməsinə başlanılıb və həftə sonuna kimi bütün zəvvarlar Həccə hansı qrupun tərkibində gedəcəklərini qrup rəhbərləri vasitəsilə biləcəklər.
Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu avqustun 24-də yola düşəcək.Növbəti qruplar isə avqustun 25-26-da yola düşəcək. Zəvvarların qayıdışı sentyabrın 12-si, 13-ü və 14-nə nəzərdə tutulub. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gedəcəklər. Uçuşları AZAL həyata keçirəcək.
Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollardır. Azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur. Ötən il kvota 1040 nəfər olub.

3 avqust 2017
GO BACK