Qadin.NET / Energetik içkilərin bilmədiyimiz zərərləri - İnsanı öldürə bilər

Energetik içkilərin bilmədiyimiz zərərləri - İnsanı öldürə bilər

Energetik içkilərin bilmədiyimiz zərərləri - İnsanı öldürə bilər


İsti yay günlərində sərinləmək üçün daha çox energetik içkilərdən istifadə edirik. Lakin susuzluğu yatıran bu içkiyə 5-10 dəqiqə sonra orqanizmdə yenidən tələbat yaranır. Bu içkidən çox istifadə isə insanın ölümünə belə gətirib çıxara bilər.

Qadin.Net Milli.Az-a istinadən energetik içkilərin zərərləri ilə bağlı reportaj hazırlayıb.

Havaların isti keçdiyi bu günlərdə bir çoxunun əlində bu içkidən görmək olar. Gənclərin əksəriyyəti isə bu içkilərin fəsadları haqqında düşünmək belə istəmirlər.

Sakin: "Gündə 3-4 dənə içirəm. Sərinlədir adamı. Elə bir mənfi təsir görməmişəm".

Energetik içkilərin bir çoxunun üzərində "18 yaşına çatmamış uşaqlara, hamilə qadınlara, ürək-damar xəstəliyindən əziyyət çəkən şəxslərə tövsiyə olunmur" yazısı olsa da, buna əməl edənlər çox azdır. Həkimlər xəbərdarlıq edir ki, bu içkilərin əksəriyyəti insanlarda asılılıq yaradır.

Qiyməti 90 qəpiklə, 15 manat arasında dəyişən energetik içkilərin tərkibində olan qlikoza və kofeyn gənc orqanizmə olduqca ziyandır. Bəzi ölkələrdə hətta energetik içkilərin satışına qadağa da qoyulub.

3 avqust 2017
GO BACK