Qadin.NET / İnternetdən ən çox kim istifadə edir?

İnternetdən ən çox kim istifadə edir?

İnternetdən ən çox kim istifadə edir?


İnternetdən istifadə edənlərin dörddəbiri 15-24 yaş arasında gənclərdir.

Qadin.Net AZƏRTAC-a istinadən bildirir ki, bu məlumat Beynəlxalq Telekommunikasiya İttifaqının son məruzəsində yer alıb.

Dünyada gənclərin 70 faizi ümumdünya hörümçək torundan istifadə edir. Onların təxminən yarısı Hindistan və Çində yaşayır. Zəif inkişaf etmiş ölkələrdə gənclər internet istifadəçilərinin üçdəbirini təşkil edir.

Ölkələrin əksəriyyətində kişilər internetdən qadınlarla müqayisədə daha çox istifadə edirlər. Bu, müxtəlif sahələrdə, o cümlədən təhsildə gender bərabərsizliyi ilə bağlıdır. Gender bərabərsizliyi göstəricilərinin xeyli aşağı olduğu Şimali və Cənubi Amerika ölkələrində qadınlar internetdən kişilərlə müqayisədə daha çox istifadə edirlər.

Məruzədə bildirilir ki, 2017-ci ildə mobil genişzolaqlı internet istifadəçilərinin sayı xeyli dərəcədə artaraq 4,3 milyarda çatıb. Bunun da böyük hissəsi Çindədir.

Azərbaycanda əhalinin 78 faizi internet istifadəçisidir, bunun da 72 faizi genişzolaqlı internetin payına düşür.

2 avqust 2017
GO BACK