Milli.Az technote.az-a istinadən bildirir ki, Galaxy S8 cihazlarda Exynos-un 9 ardıcıllığından Exynos 8895 çipsetini istifadə edən Samsung, Galaxy S9 ilə yenə Exynos ardıcıllığı prosessorlara sadiq qalacaq kimi görünür. Gələn məlumatlara görə Samsung, Galaxy Note 8-də Exynos-un yeni 9610 çipsetini istifadə edəcək.Exynos 9610 çipset 2.4 GHz-də çalışacaq dörd Cortex-A73 nüvəsindən güc alacaq. Prosessorların səkkiz nüvəli olacağı da bilinir və qalan dörd nüvənin Cortex-A53 olaraq seçim ediləcəyi haqqında danışılır.Çipsetdə qrafik interfeysi olaraq da Mali-G71 istifadə ediləcək və bu da Exynos 8895-ə nisbətlə böyük bir yeniləmə mənasını verir. Lakin bu çipsetin Galaxy S9-da mı yoxsa Galaxy Note 8-də mi istifadə ediləcəyi mövzusunda bir qərarsızlıq var kimi görünür.
Çünki gələn şərhlərə görə Samsung, Galaxy S9-da hələlik heç bir detalı müəyyən olmayan sirrli Exynos 9810 çipsetinə yer verə bilər. Uzun müddətdir Galaxy S9 və Galaxy Note 9 cihazlarında 7nm-lik çipsetə keçid ediləcəyi haqqında danışıldığı üçün Exynos 9810-un Exynos 9610 modelindən ən əhəmiyyətli fərqi də bu ola bilər.Son olaraq da Samsungun altı nüvəli Exynos 7885 modeli üzərində də işlərini davam etdirdiyini ifadə edək. 14nm-lik bu çipsetdə iki Cortex-A73, dörd ədəd də Cortex-A53 istifadə ediləcək və bu nüvələr 2.1 GHz-də çalışacaq.Sözü gedən bu prosessorun da Samsung-un Galaxy A7 modelində istifadə ediləcəyi təxmin edilir çünki ötən günlərdə müxtəlif benchmark testlərindən vizuallar ortaya çıxmış və A7-də 2.1 GHz-də çalışan bir prosessor görülmüşdü.