Qadin.NET / Bakıda məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır

Bakıda məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır

Bakıda məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır


Sabahdan 2017-2018-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 266 ümumi təhsil müəssisəsindəki məktəbəhazırlıq qruplarına elektron sistemdə ərizələrin onlayn qeydiyyatına başlanılacaq.

Qadin.Net Trend-ə istinadən bildirir ki, bunu BŞTİ-nin sektor müdiri İlhamə Abdullayeva deyib.

Onun sözlərinə görə, elektron qeydiyyat sentyabrın 18-dək həyata keçiriləcək. Məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə avqustun 15-dən sentyabrın sonunadək həyata keçiriləcək.

İ.Abdullayeva deyib ki, məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayıb və mayın 31-də başa çatacaq. Qruplarda həftədə 4 dəfə olmaqla "Ətraf aləmlə tanışlıq", "Savad təliminə hazırlıq və nitq inkişafı", "Bədii təfəkkürün inkişafı", "Məntiqi və riyazi təfəkkürün inkişafı", "Təsviri fəaliyyət", "Musiqi" və "Fiziki mədəniyyət" dərs məşğələləri tədris ediləcək.

İ.Abdullayeva deyib ki, məktəbəhazırlıq qruplarında təhsil alanlar üçün ev tapşırıqları nəzərdə tutulmur.

Sektor müdiri əlavə edib ki, 2017-2018-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 266 ümumi təhsil müəssisəsində 936 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək.

İ.Abdullayeva bildirib ki, bəzi məktəbəhazırlıq qruplarının yaradılmaması həmin məktəblərdə I sinfə qəbulun aparılmayacağı demək deyil.

31 iyul 2017
GO BACK