ABŞ-ın Kanzas Universitetinin alimlərinin araşdırmasına görə, uşaqlar ana bətnində dilləri ayırd edə bilir.
Milli.Az xəbər verir ki, xüsusən son bir ayda bu bacarıqları daha da həssaslaşır.
Mütəxəssislərin sözlərinə görə, uşaqlar bu dövrdə eşitdikləri səsin ritmlərini anlaya bilir.
Araşdırmaya rəhbərlik edən Utako Minai ana qarnında uşağın ətrafdakı səsləri boğuq formada da olsa eşidə bildiyini vurğulayıb.
"Araşdırma apararkən hər zaman ingiliscə danışılan mühitdə olan hamilə qadını yaponca danışılan mühitdə saxladıq. Onun bətnindəki uşağın ürək döyüntülərində dəyişiklik diqqət çəkdi. Onu təkrar ingiliscə danışılan mühitə apardıq, uşağın ürək ritmləri normallaşdı", - deyə alim vurğulayıb.