Müğənni Aleyna Tilki yeni "Sən olsan barı" mahnısının izlənilmə sayına görə dünya ulduzları Rihanna, Şakira və Selena Qomezi geridə qoyub.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki,17 yaşlı ifaçının yeni klipinə saniyədə təxminən 60 dəfə, 24 saatda isə 5 milyondan çox baxılıb. Bununla da Aleyna dünyada ilk 10-luğa daxil ola bilib.
Qeyd edək ki, Rihannanın yeni klipi 24 saatda 4 milyon 924 min, Şakiranın klipu 4 milyon 884 min, Qomezin klipi isə 3 milyon 980 min dəfə izlənilib.