Çinin Hubey əyalətində bir qadın 25 milyon yuan (təxminən 3.7 milyon dollar) kredit borcunu ödəməmək üçün plastik əməliyyat olunub.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, bu barədə "Sinxua" agentliyi informasiya yayıb.
Hubey əyalətinin Uxan şəhər məhkəməsinin qərarından sonra Çju Natszyuan plastik əməliyyat keçirərək yoxa çıxıb. İyul ayında başqa bir şəxsin kimliyindən istifadə edərək ölkənin cənubuna qaçmağa çalışan qadın polis tərəfindən dəmiryolu stansiyasında saxlanılıb. Məlumata görə, hadisə yerinə gələn polis əməkdaşları qadının görünüşü qarşısında təəccübünü gizlədə bilməyiblər. Polisin sözlərinə əsasən, 59 yaşlı Çju Natszyuan sanki 30-40 yaşlarında olan biri kimi görünüb.