Qadin.NET / Uşağınızı 3 və ya 6 pasportla necə təmin etməli

Uşağınızı 3 və ya 6 pasportla necə təmin etməli

Uşağınızı 3 və ya 6 pasportla necə təmin etməli


Tutaq ki, siz hamiləsiniz. Ya da ki, sizin xanımınız hamilədir.

Adətən belə hallarda gələcək valideynlər hələ doğulmamış körpələrinə böyüyən zaman həyatda necə yaxşı imkanlar və şərait yaratmaq barədə düşünürlər.

Milli.Az BBC-yə istinadən bildirir ki, körpə doğularkən avtomatik və qanuni olaraq üç, dörd və ya daha artıq ölkənin vətəndaşlığını alsa bunun nəyi pisdir ki?

Gələcəkdə bu uşaq istədiyi vaxt viza və yaşayış yeri barədə düşünmədən səyahət edə bilər, istədiyi yerdə yaşayar və ya işləyə bilər.

Nəzəri olaraq yerli və beynəlxalq qanunlar baxımından bunu təşkil etmək mümkündür.

 Qan və torpaq qanunlar

Müxtəlif ölkələrin körpə doğularkən vətəndaşlıq alması barədə öz təsəvvürləri və şərtləri var. Bəzi ölkələr jus sanguinis - "qan qanunu" adlanan təcrübədən istifadə edir.

Əgər yeni doğulan körpənin valideynlərindən ən azından biri (bəzi ölkələrdə bu nənə və ya baba da ola bilər) bu ölkənin vətəndaşıdırsa, o zaman uşaq avtomatik olaraq vətəndaşlıq alır.

Bu cür qanunlar bir çox ölkələrdə - Hindistandan tutmuş Kanadaya, İrlandiyadan tutmuş Tunisə qədər mövcuddur.

Digər bəzi ölkələr isə jus soli - "torpaq qanunu" prinsipindən istifadə edir və ölkəsində doğulan hər körpəni öz vətəndaşı hesab edir.

"Torpaq qanunu" prinsipi Qərb yarımkürəsinin demək olar ki bütün ölkələrində, Aregentinadan tutmuş Kanadaya qədər, Yamaykadan tutmuş Meksikaya qədər hər yerdə keçərlidir.

Bəzi ölkələr, məsələn ABŞ hər iki prinsipi tətbiq edən ölkələr sırasındadır.

Və burada müasir dünyanın daha bir xüsusiyyətini xatırlamaq lazımdır.

Niyə? Çünki təyyarənin də "vətəndaşlığı" vardır. Praktiki olaraq təyyarə qeydiyyatda olduğu ölkənin suveren ərazisi hesab olunur.

Warsaw konvesnsiyasına dəyişiklik edən Quatemala protokoluna görə, hava daşımalarını həyata keçirən təyyarədə uçuş zamanı baş verən bütün hadisələrdə qeydiyyatı olduğu ölkənin qanunları tətbiq olunur.

Belə ki, 19 yaşlı insan Delta Amerika aviaşirkəti ilə Texas-dan Amsterdam-a uçur.

O, təyyarədə olan zaman spirtli içki ala bilməz. Çünki ABŞ-da 21 yaşdan aşağı şəxslərə spirtli içki qadağandır.

Yox, əgər həmin gənc Texas-dan Amsterdam-a Nederland-ın KLM aviaşirkəti ilə uçursa, o zaman o istənilən içkini ala bilər. Çünki Nederland-da spirtli içkiyə 18 yaşdan icazə verilir.

Və bu bizi doğulduğun ölkənin vətəndaşlığına geri qaytarır.

Məsələn, əgər uşaq Argentina təyyarəsində doğularsa, jus solis prinsipinə görə, o, bu ölkənin vətəndaşlığını alacaq.

Əgər həmin anda təyyarə ABŞ-ın hava məkanını keçərsə, hansı ki Amerikanın suveren ərazisi sayılır, o zaman yeni doğulmuş körpə avtomatik olaraq ABŞ vətəndaşlığını (yenə də jus solis sayəsində) qazanmış olur.

Yeni doğulmuş körpənin valideynərinin pasportu müxtəlif ölkəyə məxsusdursa, məsələn biri Rusiya, digəri Estoniya vətəndaşıdırsa, o zaman bu körpənin 4 pasport (jus sanguinis) almaq haqqı olacaq.

Sırf nəzəri baxımdan daha çox vətəndaşlıq əldə etmək olar. Əgər valideynlərdən hər birinin "qan qanunu" tətbiq edilən iki ölkə vətəndaşlığı varsa, o zaman bu uşağın 6 pasport qazanmaq şansı var.

Əlbəttə ki, bəzi ölkələrdə hələ də orduya çağırışın mövcud olduğunu unutmaq lazım deyil.

Belə ki, 6 vətəndaşlığı olan sizin körpə 18 yaşına çatdıqda bir neçə ölkənin ordusu onu qarşılamaq üçün qucaq açmış olacaq.

Bu məqalə əlbəttə ki əsasən hüquqi məsələlər barədədir, bir heç bir halda yuxarıda deyilənləri hərəkət etmək üçün qəbul etməyinizi təklif etmirik.

Ümumiyyətlə, adətən hamiləliyin son ayında olan qadınları təyyarəyə buraxmırlar.

30 iyul 2017
GO BACK