Qadin.NET / Türkiyəyə gedənlərin nəzərinə

Türkiyəyə gedənlərin nəzərinə



Türkiyə aeroportlarında baqajların qəbulunda yeni sistemin tətbiqinə başlanılıb.

Qadin.Net Trend-ə istinadən bildirir ki, yeni sistem aeroportlarda sərnişinlərin qeydiyyatdan keçmə prosesini sürətləndirəcək.

Qeyd edək ki, ilk dəfə bu trend Atatürk Hava Limanında tətbiq olunub. Bu texnologiya zamanı sərnişinlər çemodanlarını sərbəst şəkildə özləri baqaja təhvil verə biləcəklər.

Pasport qeydiyyatından keçdikdən sonra sərnişinlərə baqajları üçün xüsusi kod təqdim olunacaq. Qeyd edək ki, bu sistem hələ ki beynəlxaql reyslərdə tətbiq olunur. Yaxın günlərdə sistemin daxili uçuşlarda tətbiqinə də başlanacaq.

28 iyul 2017
GO BACK